BAKI. 3 may. TELEQRAF
Şahzadə Harri Britaniya kral ailəsi ilə barışmaq istədiyini, lakin aralarında yaranmış mübahisə səbəbindən atası Kral Çarlzın onunla danışmadığını söyləyib.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, Harri xərçəng xəstəliyindən əziyyət çəkən monarxın nə qədər yaşayacağını bilmədiyini söyləyib.
"Ailəmlə barışmaq istərdim. Həyat dəyərlidir. Atamın nə qədər yaşayacağını bilmirəm. O, təhlükəsizlik məsələlərinə görə mənimlə danışmır, amma barışmaq yaxşı olardı", - Harri bildirib.
Xatırladaq ki, Harri 2020-ci ildə kral öhdəliklərindən imtina edib. O, həyat yoldaşı Meqan Markl və iki uşağı ilə birlikdə ABŞ-a köçərək Kaliforniyada yaşayır.