Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp administrasiyası Marko Rubionun ənazı altı ay müddətində həm dövlət katibi, həm də millitəhlükəsizlik üzrə müşavir vəzifələrini paralel şəkildə yerinəyetirməsini planlaşdırır.
Trend-in"Politico" qəzetinə istinadən verdiyi məlumata görə, bu, müvəqqətideyil, daha uzunmüddətli bir plan kimi nəzərdə tutulub. Qeyd olunurki, Rubionun əvvəlcə yalnız dövlət katibi postunu icra etməsinəzərdə tutulurdu, lakin bu qərarın dəyişdirilməsi Trampın və onunaparat rəhbərinin şəxsi istəyi ilə olub.
Xatırladaq ki, Tramp mayın 1-də sabiq milli təhlükəsizlikmüşaviri Maykl Uoltsun BMT-dəki ABŞ daimi nümayəndəsi vəzifəsinətəyin edəcəyini açıqlamışdı. Beləliklə, Rubionun müvəqqəti olaraqbu vəzifəni də icra etməsi qərara alınıb.
Qeyd edək ki, ABŞ tarixində sonuncu dəfə 1973-1975-ci illərdəHenri Kissincer eyni vaxtda həm dövlət katibi, həm də prezidentinmilli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb.