BAKI. 3 may. TELEQRAF
Türkiyədə 1 May zəhmətkeşlər günündə keçirilən icazəsiz aksiyalarda iştirak etdikləri üçün 418 nəfər saxlanılıb.
Teleqraf "Hurriyet"ə istinadən xəbər verir ki, onlardan 374 nəfəri ifadələri alınaraq sərbəst buraxılıb, 36 nəfərə isə inzibati həbs cəzası verilib.