Formula 1-də mövsümün 6-cı yarışı Mayamidə keçirilir.
Offsideplus.az xəbər verir ki, az öncə sabah keçiriləcək sprint yarışlarının təsnifat mərhələsi başa çatıb. Burda ən sürətli "Mersedes"in 18 yaşlı Kimi Antonelli olub. O, F1 karyerasının ilk ilində hələlik ən böyük uğurunu qazanıb.
2-ci yeri "Maklaren" pilotu Oskar Piastri, 3-cü yeri isə onun komanda yoldaşı Lando Norris tutub.
Sprint yarışı sabah, əsas yarış isə bazar günü baş tutacaq.
Xatırladaq ki, çempionata 99 xalla O. Piastri başçılıq edir. Mühəndislər yarışında da "Maklaren" ən yaxın rəqibi "Mersedes"in 77 xal önündə liderdir.