Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun, rayonun Bayan kəndi ərazisindən keçən hissəsində olub.
Belə ki, “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxıb və nəticədə qəza baş verib. Hadisə zamanı avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Mübariz Muradov