Polşanın “Volonaut” şirkəti gələcəyin texnologiyasını xatırladan yeni uçan motosikletini – “Volonaut Airbike” modelini təqdim edib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu aparat reaktiv itələmə ilə işləyir və 200 km/saat sürətə çata bilir.
Korpusun hazırlanmasında 3D çap texnologiyasından istifadə olunub. Bu da onu adi motosikletdən 7 dəfə daha yüngül edir.
Satışların yaxın zamanda başlayacağı bildirilir, lakin dəqiq tarix hələ açıqlanmayıb.