Bakı. Trend:
Formula-1 üzrə dünya çempionatının Mayami mərhələsinin müqaviləmüddəti uzadılıb.
Trend xəbər verirki, bu barədə yarışın təşkilatçısı və Formula 1 rəhbəri StefanoDominikali açıqlama yayıb.
Florida ştatı ilə Beynəlxalq Avtomobil Federasiyası (FIA)arasında əvvəlki müqavilə 2031-ci ilə qədər qüvvədə idi. Yenirazılaşmaya əsasən, Mayami Qran-prisinin keçirilmə müddəti əlavə 10il müddətinə – 2041-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, Mayami Qran-prisi ilk dəfə 2022-ci ildə Formula 1təqviminə daxil edilib. Dünya çempionatının növbəti yarışı bu bazargünü baş tutacaq.