Bakı, 3 may, AZƏRTAC
Basketbol üzrə Avroliqada pley-off mərhələsinin oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi “Anadolu Efes” seriyanın dördüncü matçında doğma meydanda Yunanıstanın "Panatinaikos" komandasını qəbul edib. Görüş İstanbul təmsilçisinin 85:82 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda seriyada bərabərlik var - 2:2.
Qalibi müəyyən edəcək görüş mayın 6-da təşkil olunacaq.