AZ

“Fənərbağça”nın futbolçusuna İtaliyadan təklif var

“Fənərbağça”nın polşalı yarımmüdafiəçisi Sebastian Şimanski, İtaliya klublarının transfer hədəfinə çevrilib.

İdmanxeber.az-ın məlumatına görə, “Latsio” Şimanski üçün rəsmi təklif göndərib. “Fənərbağça” isə bu təklifi mövsümün sonunda müzakirə etməyi planlaşdırır. Futbolçunun özü isə hələlik qərar verməyib.

Şimanski 2023-cü ilin iyulunda “Dinamo”dan (Moskva) “Fənərbağça”ya transfer olunub və klubla 2027-ci ilin yayına qədər müqaviləsi var. Bu mövsüm o, 42 oyunda 5 qol və 9 assistlə yadda qalıb.

Seçilən
0
idmanxeber.az

1Mənbələr