Bakının Tbilisi prospektində 8 milyon ABŞ dollarına dəbdəbəli villa satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, villanın Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə məxsus olduğu iddiaları irəli sürülüb.
Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd edilib.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, villa ona məxsus deyil: "Satışa çıxarılan villanın qətiyyən bizimlə əlaqəsi yoxdur. İlk dəfədir sizdən eşidirəm.
Bizim satışa çıxarılan villamız yoxdur. Kimə aid olduğunu bilmirəm", - deyə o qeyd edib.