Bakı. Trend:
Mayın 3-4-də Qubada təşkil olunacaq yeniyetmələr arasında cüdoüzrə Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib.
Trend xəbər verirki, mərasimdə Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan CüdoFederasiyasının (ACF) rəsmiləri iştirak ediblər.
Tədbirdə çıxış edən ACF-in baş katibinin müavini, idmandirektoru Kamran Talıbov Avropa Cüdo Birliyinə göstərilən etimadagörə təşəkkür edib və bütün iştirakçılara uğurlar arzulayıb.
EJU-nun idman komissarı Albert Qmayner qurumun prezidenti LasloTotun adından iştirakçıları salamlayaraq, turnirin gənc cüdoçularıngələcək karyerasında mühüm mərhələ olacağını vurğulayıb və yarışınyüksək səviyyədə təşkili üçün Azərbaycan Cüdo Federasiyasınatəşəkkürünü ifadə edib.
EJU-nun hakimlər üzrə komissarı Vladimer Nutsubidze isə bildiribki, Quba Avropa Kubokunun görüşləri 15 yerli və beynəlxalq dərəcəlihakim tərəfindən idarə olunacaq.
Qeyd edək ki, beynəlxalq turnirdə 11 ölkədən 354 cüdoçu (213oğlan və 141 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.Azərbaycanı bu yarışda 141 idmançı (100 oğlan və 41 qız) təmsiledəcək.