AZ

"Əminəm ki, Saliba olmaq istədiyi yerdədir" - Mikel Arteta

"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Real Madrid"in istədiyi mərkəz müdafiəçisi Vilyam Salibanın gələcək aqibətinin necə olacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Əminəm ki, o, "Arsenal"da xoşbəxtdir. Vilyamla bu mövzuda söhbətimiz olub. O, bizimlə davam etmək istəyir. Tam şəkildə əminəm ki, Saliba olmaq istədiyi yerdədir".

Qeyd edək ki, sözügedən futbolçu 2019-cu ilin yayından "Arsenal"ın uğurları üçün çalışır. Salibanın "topçular"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Real"ın onu 100 milyon avroya almaq istədiyi barədə məlumatlar yayılıb.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr