Yaralılara yerindəcə tibbi yardım göstərilib.
Almaniyanın Ştutqart şəhərində sürücü avtomobili izdihamın üzərinə sürüb.
Operativ Media xəbər verir ki, hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir.
Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, yaralılara yerindəcə tibbi yardım göstərilib.
Yerli media şübhəli sürücünün saxlanıldığını yazıb. Hadisənin qəza və ya terror aktı olması ilə bağlı hələlik açıqlama verilmir.