Bakı. Trend:
İranın“Traktor” klubu tarixində ilk dəfə İran çempionatınınqalibi olub.
Trend-inməlumatına görə, 28-ci turda “Şəms Azər”in qonağı olan “Traktor”ilk hissədə rəqib qapısından 3 cavabsız top keçirib. İkinci hissədədaha bir qol vuran Təbriz təmsilçisi oyunu 4:0 hesablı inamlıqələbə ilə tamamlayıb.
Bu nəticə ilə xallarını 64-ə yüksəldən “Qırmızı qurdlar”, ənyaxın izləyicisi “Sepahan”ı 8 xal qabaqlayaraq turnir cədvəlindəzirvəni təmin edib. Qeyd edək ki, “Sepahan” bu turda məğlub olub və“Traktor”un çempionluğunu rəsmiləşdirib.