Tovuz rayonunun Öysüzlü kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, yolu keçmək istəyən yaşlı qadını maşın vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma başlanılıb. Ölən qadının şəxsiyyəti dəqiqləşdirilir.
Yunis Quliyev