AZ

"Traktor" tarixində ilk dəfə İran çempionu oldu

Güney Azərbaycan təmsilçisi "Traktor” İran Pro Liqasının qalibi olub.

Fanat.Az xəbər verir ki, Təbriz komandası tarixində ilk dəfə ölkə çempionu adını qazanıb.

“Al qurdlar” mövsümün sonuna 2 tur qalmış istəklərinə çatıblar. Xorvat mütəxəssis Draqan Skoçiçin baş məşqçisi olduğu komanda bu gün 28-ci turda səfərdə - Qəzvində yerli “Şəms Azar” üzərində 4:0 hesablı qələbə qazanıb və xalını 64-ə yüksəldib. Qolları Drozdek (2, 31-ci dəq.), Hosseinzadə (9) və Rikardo Alves (84-pen.) vurub.

Cənubi Azərbaycan klubunun ən yaxın izləyicisi olan “Sepahan” (İsfahan) isə öz meydanında 5-ci yerdə qərarlaşmış “Qohar”a uduzub - 1:2 və xalı 56-da qalıb.

Beləliklə, “Sepahan”ın bu məğlubiyyətindən sonra onunla “Traktor” arasında xal fərqi 8-ə yüksəlib. Bu isə o deməkdir ki, son 2 turun nəticəsindən asılı olmayaraq, “Traktor” hazırkı mövsümü lider kimi başa vuracaq.

Əlavə edək ki, bunadək “Traktor”un İran yüksək liqasında ən yaxşı nəticələri 3 dəfə 2-ci yeri, 2 dəfə isə 3-cü yeri tutmağı olmuşdu.

Seçilən
0
fanat.az

1Mənbələr