BAKI, 2 may. TELEQRAF
“Əks-hücumlar barədə oyunçularımı xəbərdar etmişdim”.
Teleqraf xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə “Zirə”yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
Türkmən mütəxəssis “Zirə”nin sürətli hücumçularının olduğunu söyləyib:
“Zirə”nin güclü tərəfi var idisə, o da işə yaradı. Əks-hücumda yaxşı, sürətli hücumçuları var. Baxmayaraq ki, oyunçularımızı xəbərdar etmişdik. Amma işə yaramadı".
O, komandasının avrokuboklara mümkün vəsiqə qazanması barədə söz açıb: "Gəlin əvvəlcə harasa getmə barədə düşünək. Təbii ki, belə oyunla harasa getmək çətindir. Komandamın oyunundan razı qalıb-qalmamağıma gəlincə, müəyyən məqamlarda razı qaldım. Amma ümumilikdə yox. Həvəsli idik. Bu bizi razı saldı. Əks-hücumlar barədə oyunçularımı xəbərdar etmişdim”.