Misli Premyer Liqasının XXXIII turunda "Turan Tovuz" Zirə səfərindən 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev minimal hesabla yekunlaşan oyunu şərh edib:

"Ümumi götürsək, "Zirə"nin güclü tərəfi işə yaradı. Sürətli hücumçuları ilə fərq yaratdılar. Oyunçularımıza nə qədər desək də, xeyri olmadı. Belə oyunla Avropaya getmək çətindir. Müəyyən məqamlardan razı qaldım, ümumi olaraq isə yox. Həvəs olsa da, yetərli deyildi. "Zirə" ağıllı müdafiə olunurdu, praktiki olaraq bizə imkan vermədilər".