Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən qadını vurub.
Yaralı xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb.