AZ

Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər


Nyu-York tarixi Qazaxıstanla qırılmaz şəkildə bağlı olan böyük yəhudi icmasının evidir. Tengrinews.kz xəbər verir ki, bu barədə onun nümayəndələri 24KZ müxbirinə bildiriblər. Qazaxıstan telekanalının jurnalisti Erdana Erjanulı İkinci Dünya Müharibəsi illərində Qazaxıstan torpağında hərarətlə qarşılanan insanların xatirələrini lentə alıb. Onların arasında kökləri Buxaraya gedib çıxan Aşkenazi yəhudiləri, eləcə də “Holokost”dan qaçaraq Qazaxıstanda məskunlaşan 100 minə yaxın insan var: "Bizə həyat bəxş etdiyinə görə qazax xalqına təşəkkür etmək istəyirəm. Holokost zamanı anam Qazaxıstanda sığınacaq tapdı - siz onu xilas etdiniz. O, tez-tez insanların ona qarşınecə mehriban davrandıqlarını xatırlayırdı. Məhz buna görədir ki, indi mən sizin qarşınızda sayğıyla dayanıram. Bizim uşaqlarımız, nəvələrimiz böyüyür. Bir gün sizin ölkənizə səfər etməyi xəyal edirəm".
“Qazaxıstanın belə çətin geosiyasi vaxtlarda daxili harmoniyanı necə qoruyub saxlaması heyrətamizdir: “Birlik, bərabərlik, sülhə hörmət,insanlaradəyər vermək, deyəsən,bütün bunlar sizin DNT-nizdə var”. "Qazax xalqının müxtəlif xalqların nümayəndələrinə qarşı necə açıqqəlbli və mehriban olması məni heyran etdi. Bu model dünyanın bir çox ölkələri üçün nümunə ola bilər". Tədbirin moderatoru Etniklərarası Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayer idi.Qazaxıstana dəfələrlə səfər edən ravvin Mark Şnayer Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayının əhəmiyyətini xüsusilə vurğulayıb. Onun sözlərinə görə, qazaxıstanlıların dinlərarası dialoqun inkişafına töhfəsini qiymətləndirməmək olmaz. "Bugünkü görüş bir çoxlarına tarixin mühüm, lakin az tanınan bir səhifəsi - Holokost zamanı Qazaxıstanın bizə necə sığınacaq olduğu, orda yəhudilərin digər xalqlarla necə bərabər yaşadığı və Qazaxıstanla İsrail arasında hansı möhkəm əlaqələrin inkişaf etdiyini ilk dəfə öyrənməyə bizə imkan verdi. "Bu, əsl dostluqdur", - deyə Şnayer bildirib. Tədbirdə Qazaxıstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yerjan Aşıkbayev də çıxış edib.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr