AZ

“TRAKTOR” ÇEMPİONDUR!

Futbol üzrə İran çempionatında çempionun adına aydınlıq gəlib. Apasport.az xəbər verir ki, Təbriz təmsilçisi “Traktor” İran çempionatının qalibi olub.

28-ci tur çərçivəsində “Şəms Azər”lə qarşılaşan komanda rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb.

Bu oyundan əvvəl ən yaxın rəqibi “Sepahan”la 4 xal fərqi olan Təbrizlilərə çempion olmaq üçün 3 oyundan 7 xal lazım idi. Bugünkü qarşılaşmada “Traktor” qələbə çalıb, “Sepahan” öz meydanında “Gol Gohar” 1-2 hesabıyla məğlub olandan sonra aradakı fərq 8 xal oldu və Təbriz klubu çempionatın bitməsinə 2 tur qalmış çempionluğunu elan etdi.

Seçilən
0
1
vaxt.az

10Mənbələr