AZ

Misli Premyer Liqası: "Zirə" qələbə ilə gümüş medalı rəsmiləşdirdi

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasında XXXIII tura start verilib.

Trend xəbər verirki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Zirə” öz meydanında“Turan Tovuz”u qəbul edib. Zirə İdman Kompleksinin stadionundakeçirilən görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başaçatıb.

Oyunun yeganə qolunu 48-ci dəqiqədə Salifu Suma vurub. Matçınson yarım saatını “Zirə” azlıqda keçirsə də, Tovuz təmsilçisi sayüstünlüyündən yararlana bilməyib.

Bu nəticədən sonra Rəşad Sadıqovun yetirmələri mövsümü ikincipillədə başa vurmağı rəsmiləşdirib və Premyer Liqanı gümüş medallatamamlayacaq.

Qeyd edək ki, XXXIII tura mayın 4-də yekun vurulacaq.

Seçilən
0
az.trend.az

1Mənbələr