AZ

“Traktor” çempion!

Təbrizin “Traktor” klubu bu gün İran Pro Liqasında növbəti oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, turnir cədvəlinin lideri səfərdə “Şəms Azar”la (Qəzvin) üz-üzə gəlib.

Qarşılaşma “Traktor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Paralel keçirilən oyunda “Traktor”un ən yaxın izləyicisi “Speahan” öz meyudanında “Qol Qohar”a uduzub - 1:2. Bununla da Güney Azərbaycan təmsilçisi xallarının sayını 64-ə çatdıraraq sona 2 tur qalmış tarixində ilk dəfə çempionluğu bayram edib.

Seçilən
0
9
qafqazinfo.az

10Mənbələr