AZ

Azərbaycan Premyer Liqasında ikinci yerin sahibi məlum oldu

BAKI. 2 may. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun açılış oyununda "Zirə" və "Turan Tovuz" komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 48-ci dəqiqədə Salifu Suma vurub. Qvineyalı yarımmüdafiəçi aktivindəki qol sayını 12-yə çatdıraraq, bombardirlər siyahısında ikinci pillədəki yerini möhkəmlədib.

59-cu dəqiqədə isə "Zirə"nin kapitanı Qismət Alıyev rəqib futbolçu İsmayıl Zülfüqarlıya qarşı təhlükəli oyununa görə baş hakim Rəvan Həmzəzadə tərəfindən birbaşa qırmızı vərəqə alıb.

Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv azlıqda qalmasına baxmayaraq, hesabı sonadək qorumağı bacarıb.

Bununla da xalını 67-yə çatdıran "Zirə" gümüş medalı təmin edib. 54 xalla üçüncü yerdə gedən "Araz-Naxçıvan" bu tur "Sabah" üzərində qələbə qazansa belə, son 3 tur ərzində ikinci yeri ələ keçirə bilməyəcək.

"Turan Tovuz" isə 49 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun qalan oyunları 3-4 mayda keçiriləcək.

Seçilən
0
1
teleqraf.com

10Mənbələr