AZ

Son zamanlar gənclər arasında dəb halını alan qulaq qırdırmağın səbəbi nədir?VİDEO

Sosial şəbəkələrdə səhifələr yaradılıb, gəncləri qulaqlarını qırdırmağa dəvət edirlər. Xidmət isə ödənişlidir. 70 manat ödəyən istənilən şəxs 1 qulağını qırdıra bilər. Zədəli qulaqlar üçün qiymət bir az da yüksəkdir. 

Xezerxeber.az-ın xəbərinə görə, lor cərrah Pərviz Aslanov deyir ki, bu dəb son vaxtlar meydana çıxıb. Səbəb isə oğlanların idmançılara oxşamaq istəyidir.

Cərrah deyir ki, bu cür kustar üsulla hansısa salonda və ya evdə tibbi biliyi olmayan şəxslər qulaq qırarsa, çox ciddi problemlər ortaya çıxa bilər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, bu, insan sağlamlığına qəsdən ziyan vurmadır. Həm fiziki, həm də psixoloji sağlamlıq nəzərə alınaraq bu əməl məsuliyyət yaradır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
xezerxeber.az

1Mənbələr