Bakı. Trend:
ABŞ-nin birtərəfli sanksiyaları səbəbindən “Chevron” şirkətiVenesueladan ABŞ-yə neft tədarükünü dayandırmaq məcburiyyətindəqalıb. Lakin bu neft həcmləri digər bazarlara, əsasən də Çinəyönəldilib.
Trend xəbər verirki, bu barədə “Chevron”un baş direktoru Mayk Virt telekonfranszamanı açıqlama verib.
“Bizim Venesuelada uzunmüddətli fəaliyyət tariximiz var vədüşünürük ki, bu mövcudluq həm Venesuela, həm də ABŞ üçün faydalıolub. İlk Tramp administrasiyasından başlayaraq Baydenadministrasiyasına və indiki mərhələyə qədər müxtəlif OFACsanksiyaları altında fəaliyyət göstərmişik. Son dəyişikliklərVenesuela neftinin ABŞ-yə daşınmasına görə vergilər və royaltiödənişlərini həyata keçirə bilməməyimizlə nəticələndi. Hazırda butədarüklər dayandırılıb. Amma neft ixracı davam edir – sadəcə başqabazarlara yönəldilib”, – deyə Virt bildirib.
Onun sözlərinə görə, Çin Venesuela neftinin əsas idxalçısıolaraq qalır və bu həftə Venesuela rəsmilərinin Çində neftsatışının artırılması imkanlarını müzakirə etdiyinə dair məlumatlaryayılıb.
Venesuelanın icraçı vitse-prezidenti və karbohidrogenlər naziriDelsi Rodriqez isə bildirib ki, “Chevron” ABŞ-nin başladığıiqtisadi müharibə və tətbiq etdiyi sanksiyalar səbəbindən ödənişedə bilmədiyi üçün Venesuelanın dövlət neft-qaz şirkəti PDVSA-yatədarük etdiyi nefti geri qaytarıb.
Qeyd edək ki, 2015-ci ildən etibarən ABŞ və onun müttəfiqləriVenesuelaya qarşı 930-dan çox birtərəfli sanksiya tətbiq edib.Venesuela iqtisadiyyatına ən böyük zərbə isə 2019-cu ildə PDVSA-yaqarşı tətbiq edilən məhdudiyyətlərlə vurulub.