"Rəqibin məşqçi və oyunçu heyəti görüşə çox yaxşı hazırlaşmışdı".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Neftçi"yə qalib gəldikləri ABL-nin final seriyası üzrə ilk oyundan sonra deyib. O, qələbəni belə şərh edib:

"Oyunun əvvəlində "Şəki" səfərinin yorğunluğu hiss olunurdu. Üstəlik rəqibin  heyətində hündür oyunçuların çoxluğu bizə müəyyən problemlər yaratdı. Bu səbəbdən uzun oyunçumuz Klavs Çavars 35 dəqiqəyə yaxın parketdə oldu. Buna baxmayaraq onun fiziki göstəriciləri bu müddət ərzində əla səviyyədə oyun sərgiləməyə kifayət etdi. Sonda xarakter nümayiş etdirsək də, final seriyasının növbəti oyunlarında daha da yaxşı oyun sərgiləməliyik".

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu 94:89 hesabı ilə başa çatıb, növbəti qarşılaşma mayın 4-də keçiriləcək.