AZ

Psixoterapevt: Biz yaradıcılıq yolu ilə insanlara şəfa bəxş edirik

Bakı, 2 may, AZƏRTAC

Biz yaradıcılıq yolu ilə insanlara şəfa bəxş edirik. Burada bir neçə istiqamət var. Mən əsasən kukla-terapiya ilə məşğul oluram. Qum, nağıl, hekayə terapiyaları - 70-dən çox istiqamət mövcuddur. Festivalın sonuncu günü ikisaatlıq art-terapiyamız olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Nine Senses Fest 2025” festivalının açılışından əvvəl jurnalistlərə açıqlamasında psixoterapevt Aytən Əfəndizadə söyləyib.

“Bu festivalın əhəmiyyəti çox böyükdür və ruhsaldır. İnsanların ruhuna, daxili aləminə toxunur. Onlar bu praktikaları keçəndə sakitlik, özünəinam tapırlar”, - deyə o, əlavə edib.

Seçilən
0
azertag.az

1Mənbələr