AZ

Masazırda rieltor bir evi bir neçə şəxsə satdı – Kuryoz DƏLƏDUZLUQVİDEO

18 min manat ilkin ödəniş edərək ev aldı, daha sonra evin onunla birlikdə başqa şəxsə də satıldığını öyrəndi.

"Xəzər Xəbər"ə müraciət edən Azər Eminov adlı şəxs iddia edir ki, ötən il Abşeron rayonu Masazır qəsəbəsində Yaşar Məmmədov adlı rieltor vasitəsilə ev alıb və bunun üçün ona 18 min manat ilkin ödəniş edib. Lakin bir neçə ay sonra təmir işlərinə nəzarət etmək üçün həmin evə gəlib və gözləmədiyi vəziyyətlə üzləşib.

İddiaçı bildirir ki, məsələ ilə bağlı dərhal polisə məlumat verib.

Çəkiliş apardığımız vaxt həmin ünvana adıçəkilən rieltor Yaşar Məmmədov tərəfindən aldadıldıqlarını iddia edən digər şikayətçilər də gəldilər. Onlar bildirdilər ki, ev almaq üçün ilkin ödəniş olaraq 8 min manat ödəyiblər və daha sonra məlub olub ki, mənzil başqa şəxsə də satılıb.

İddialarda adı çəkilən rieltor Yaşar Məmmədovla əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, faktla bağlı cinayət işi açılıb. Şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
xezerxeber.az

1Mənbələr