AZ

Çilidə güclü zəlzələdən sonra elan olunan təxliyə qərarı ləğv edilib

Bakı. Trend:

Çili hakimiyyəti 7,5 bal gücündə baş vermiş zəlzələdən sonrasunami təhlükəsi ilə əlaqədar Maqallanes bölgəsində elan olunantəxliyə qərarını ləğv edib.

Trend xəbər verirki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi üzrə Milli Xidmətindirektoru Alisiya Sebrian mətbuat konfransında məlumat verib.

"Vətəndaşların profilaktik təxliyyəsi ləğv edilib, lakin DənizHidroqrafik və Okeanoqrafiya Xidmətinin növbəti xəbərdarlığınaqədər insanların çimərliklərə və sahilyanı ərazilərə yaxınlaşmasınahələ də icazə verilmir", – deyə o bildirib.

Sebrian qeyd edib ki, sunami Arturo Prat adlı Antarktikastansiyasına çatdıqdan sonra vəziyyətə dair qiymətləndirmədəyişdirilib. Həmin ərazidə suyun səviyyəsində cəmi 6 sm dəyişiklikqeydə alınıb. Buna baxmayaraq, Maqallanes bölgəsinin 30-90 smhündürlüyündə sunami təhlükəsi altında olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl Çilinin təbii fəlakətlərin idarəolunması agentliyi sunami riski səbəbilə bölgənin sahilyanıərazilərində təxliyyə elan etmişdi.

Ölkənin seysmoloji xidmətinin məlumatına əsasən, 7,5 bal gücündəzəlzələ Puerto Uilyams şəhərindən 218 kilometr məsafədə, 10kilometr dərinlikdə baş verib. Hazırda insan tələfatı və dağıntılarbarədə məlumat yoxdur.

Seçilən
0
az.trend.az

1Mənbələr