AZ

Azərbaycanda iqlim dəyişikliklərinə uyğunlaşma ilə bağlı hansı addımlar atılır?VİDEO

Bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları mövcud tələbatı çətinliklə qarşılayır. Əhalinin ərzağa olan artan tələbatı bu resurslara təzyiqi daha da gücləndirir.

Bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib. O vurğulayıb ki, son illərdə iqlim dəyişikliklərinin mənfi təsirləri kənd təsərrüfatında ciddi çətinliklər yaradır. Artan quraqlıqlar, torpaqların şoranlaşması və ekstremal hava hadisələri məhsuldarlığı azaldaraq qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərir.

Həmçinin bildirilib ki, Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün məhsuldarlığı artırmaq məqsədilə quraqlığa, şoranlığa və istiyə davamlı bitki sortlarının yetişdirilməsi, müasir aqrotexniki tədbirlərin tətbiqi mühüm əhəmiyyət daşıyır. Aqroparkların inkişafı ekoloji və iqtisadi cəhətdən dayanıqlı istehsalın təşkili ilə yanaşı, su, gübrə və pestisidlərin istifadəsində innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
xezerxeber.az

1Mənbələr