AZ

Media qurumlarına kiberhücumun məqsədi zərbə vurmaq və rəqəmsal təhlükəsizliyi sarsıtmaq idi – Komissiya sədri

Azərbaycan media qurumlarına kiberhücumun kim tərəfindən və hansı motivlər əsasında təşkil edildiyini müəyyən etmək üçün sistem qeydlərinin təhlili aparılıb, zərərverici proqram təminatının izləri araşdırılıb, eləcə də hücum edənlərin davranış analizi həyata keçirilib.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov Komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, araşdırma hücumun yalnız texniki deyil, eyni zamanda, psixoloji təsir yaratmağa yönəlib, yüksək səviyyədə təşkilatlanmış kibercasus qrupu tərəfindən həyata keçirildiyini ortaya çıxarıb.

Seçilən
0
1
aznews.az

3Mənbələr