TBİLİSİ, 2 may. TELEQRAF
Gürcüstanda İŞİD ilə əlaqəli olduğuna görə saxlanılmış şəxsin Azərbaycan vətəndaşı olduğu məlum olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə İmedi tekenalı məlumat yayıb.
Həmin şəxslə bağlı Tbilisi Şəhər Məhkəməsində proses keçirilir. O, məhkəməyə konvoyun müşayiəti ilə gətirilib.