AZ

Dünyanın gözlənilən videooyununun tarixi bəlli olub

Bakı. Trend:

ABŞ-nin videooyunların yaradılması üzrə ixtisaslaşmış“RockstarGames” şirkəti dünyanın ən çox gözlənilən videooyunu sayılan “GrandTheft Auto 6” (GTA 6) oyunun buraxılışını 2026-cı ilə keçirib.

Trend xəbər verirki, bu haqda şirkət öz “X” səhifəsində məlumat dərc edib.

“Grand Theft Auto 6 –nın buraxılışı daha 26 may 2026-cı iləplanlaşdırılır . Bunun sizin gözlədiyinizdən gec olduğuna görə, hərbirinizdən üzr istəyirik”,- məlumatda bildirilib.

Bundan əvvəl “Rockstar Games” GTA6-nın 2025-ci ilin sonuna qədərişıq üzü görəcəyini bildirmişdi.

Buraxılış vaxtının ertələnməsi fonunda “Rockstar Games”-ə aid“Take-Two Interactive” şirkətinin səhmləri Nasdaq birjasında 16,43faiz ucuzlaşaraq 196 (ABŞ) dollar 54 sentə satılıb.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr