Xəyal Bəşirov: “Bu etiraflar kifayət edir ki, Zori Balayanın məsuliyyətə cəlb olunması üçün Ermənistan dövləti onu Azərbaycana təhvil versin”
Mayın 1-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyanın Şuşa işğal ediləndən dərhal sonra orada olmasını əks etdirən videomateriallar göstərilib.
Videomaterialın tədqiqi zamanı dövlət ittihamını müdafiə edən prokurorlar görüntülərin Şuşanın işğalından dərhal sonra çəkildiyini bildirib və A.Qukasyana suallar ünvanlayıb.
Təqsirləndirilən şəxs suallara cavabında videokadrlarda özü ilə birlikdə Şuşada olan şəxslərin adlarını sadalayıb: “Ortada mülkü geyimdə olan sürücüdür. Mənim arxamda kostyumda olan Oleq İsayandır. Arxa planda Armen İsaqulovu tanıdım. İkinci Zori Balayan. Mülki geyimdə olan Vasili Atacanyandır. İndi sürücünün yerinə Yepiskop Parqev yaxınlaşdı... Digərlərini tanımıram. Görünür ki, sadəcə hərbiçilərdir”.
Şuşa 1992-ci ildə işğal olunan kimi dərhal ora Zori Balayan da gəlib. Bu da onu bir daha təsdiqləyir ki, Şuşada da törədilmiş cinayətlərdə Zori Balayanın birbaşa əli var. Zori Balayanın o hadisələr zamanı Şuşada olması əsas verir ki, onun özünün də Azərbaycana təhvil verilməsi ilə bağlı məsələ qaldırılsın. Bu nə dərəcədə əsaslı sayıla bilər?
Çünki o, işğaldan dərhal sonra Şuşaya xoş niyyətlə gəlməmişdi ki. Qukasyan da onun cinayət əməllərini təsdiqləyir.
Onun Azərbaycana təhvil verilməsi mümkün ola bilərmi?
“...Zori Balayan Şuşaya heç də xoş niyətlə gəlməmişdi”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə Azərbaycan xalqına qarşı ağır cinayətlər törətməkdə ittiham olunan şəxslərin məhkəməsində etiraflar edilir və bu etirafların etdiyi ifşalar ard-arda gəlməkdədir: “Bu etiraflar cinayətin izlərini müxztəlif istiqamətlərə aparıb çıxarır. Azərbaycan dövləti və məhkəməsi üçün əhəmiyyətli məqamlardan biri də Azərbaycanın müxtəlif ərazilərində, xüsusilə də 1992-ci ilin fevralında Xocalıda törədilmiş qtliamda xüsusi aktivliyi ilə seçilən və Azərbaycan xalqına qarşı ağır cinayətlər törətməkdə ittiham olunan Zori Balayanın Şuşa işğal olunduqdan sonra dərhal ora gəlməsi ilə bağlı məlumatlar bizə onu deməyə əsas verir ki, Zori Balayan Şuşaya heç də xoş niyətlə gəlməmişdi.
Z.Balayan Şuşa işğal olunmamışdan əvvəl 1992-ci ilin fevralında Xocalıda törədilən soyqrımda göstərdiyi “bacarıqları”, vəhşilikləri Şuşada da davam etdirmək niyyətilə ora gələ bilərdi. Zori Balayanın məsiliyyətə cəlb olunması üçün bizim o qədər də geniş məlumatlara, ciddi sübutlara ehtiyacımız olduğunu düşünmürəm. Təbii ki, bu mənim subyektiv fikrimdir. Düzdür, hüquqi, ədalət mühakiməsi, ibtidai istintaq baxımından belə sübutların olması vacibdir”.
X.Bəşirovun fikrincə, ancaq təkcə Xocalı soyqırımının törədilməsində onun yaxından iştirakı ilə bağlı o faciədən zərər çəkənlərin, canını ordan qurtarmağa nail olan insanların verdiyi məlumatlarBalayanın Ermənistan tərəfindən tutulub çoxdan Azərbaycana təhvil verilməsinə kifayət edirdi: “Zori Zori Balayının qanlı cinayətlərini şahidlər dilə gətir, bu gün ədalət məhkəmə qarşına çıxarılan Arkadi Qukasyan və digərlər etiraf edirlər. Bu etiraflar kifayət edir ki, Zori Balayanın məsuliyyətə cəlb olunması üçün Ermənistan dövləti onu Azərbaycana təhvil versin. Çünki bu cinayətləri Azərbaycan ərazilərində törədib. Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə və Azərbaycanla keçmiş münaqişə səhifəsini çevirmək, münaqişə ilə bağlı bütün izləri arxada qoymaq niyyətindədirsə onda atmalı olduğu addımları atsın. Söhbət sülh istiqamətində addımlardan gedir ki, Ermənistan təkcə Zori Balayanı deyil, Azərbaycanın əlində barələrində kifayət qədər sübut və faktlar olduğu digər şəxsləri də istintaqa təhvil verməlidir. Əgər həqiqətən də onların təqsirləri yoxdursa, Azərbaycan xalqına qarşı tərədilən cinayətlərdə iştirak etməyblərsə təbii ki, Azərbaycan məhkəməsi onları cinayət məsuliyyətinə cəlb etməyəcək. Halbuki, biz bilirik ki, tam bunun əksinədir. Həmin o şəxslər bu gün Ermənistanda müxalifət olmağı öz üzərinə götürən Robert Köçəryan, Serjik Sarkisyan, Seyran Ohanyandır ki, digəriləri də onların ətrafında birləşərək vaxtilə Azərbaycan ərazilərinin işğal olunmasında və xalqımıza qarşı törədilən faciələrdə iştirak ediblər. O şəxsləri Azərbaycana təhvil verilməsi gerçəkləşdirilməlidir. Yaxud o şəxslərin Azərbaycana təhvil verilməsi Ermənistan konstitutsiyası ilə qadağan olunursa, deyək ki, onlar da konstitutsiyaya və qanunlara əməl edirlərsə, konstitutsiyasın tələblərinə riyaət etmək niyyətindədirsə onda Ermənistan dövləti özü onları məsuliyyətə cəlb edə bilər (halbuki, həmin o konstitutsiyanın özündə Azərbaycana qarşı ərazi iddiaları var və biz sülh sazişinin imzalanması baxımından Ermənistandan konstitutsiyasını məhz o məqsədlə dəyişməsini tələb edirik-X.B). Bu həm Ermənistanın indiki hakimiyyətinin işinə yarayacaq, həm də eyni zamanda biz anlayacağıq ki, Ermənistan tərəfi həqiqətən də sülhə imza atmaqda qərarlıdır, Azərbaycanla düşmənçilik səhifəsini arxada qoymaq istəyir. Əks təqdirdə nə qədər Zori Balayanlar, Robert Köçəryanlar, Serjik Sarkisyanlar, Seyran Ohanyanlar var, həmin o şəxslərin Ermənistanda “qəhrəman” kimi qəbul edilməsi Azərbaycanla sülh sazişinin imzalanması və həmin o sazişin tələblərinə riayət edilməsini istisna edir. Ona görə də hesab edirəm ki, ən azından Zori Balayanın timsalında bu addımı atmaqla Ermənistan özünün xoş niyyətini və Azərbaycanla sülhün imzalanmasına səmimi olaraq hazırlaşdığını ortaya qoya bilər”.
Qeyd edək ki, ötən əsrin 80-ci illərində Zori Balayan "Ocaq" kitabı yazaraq erməniləri türklərə qarşı türkürpədici müharibəyə çağırdı və bu münaqişə də məhz onlar tərəfindən törədildi. Z.Balayan Azərbaycan xalqının başına açılan faciələrdə ən böyük suçu və məsuliyyəti olan cinayətkardır. Fikrimizcə, Ermənistan dövləti onu Azərbaycana təhvil verməlidir ki, bu cani ədalət məhkəməsi qarşında cavab versin.
İradə SARIYEVA