AZ

Bakıda ikinci “Nine Senses”  festivalı başlayıb

Bakıda “Nine Senses” incəsənət mərkəzində mənəvi təcrübələrə və sağlam həyat tərzinin təbliğinə həsr olunmuş ikinci festivalın açılışı olub.

“Report” xəbər verir ki, tədbirin şüarı “Ənənədən hərəkətə” olub.

Festivala fiziki və mənəvi təcrübələr sahəsində 50-yə yaxın mütəxəssis dəvət olunub.

“Dəvət olunan bütün ustalar dərs deyən mütəxəssislərdir. Onlar öz bilik və təcrübələrini üç sahədə bölüşəcəklər: bədən, ruh və ağıl”, - incəsənət mərkəzinin direktoru Nataliya Jukova bildirib.

Onun sözlərinə görə, festivalda Hindistan, Çin və digər ölkələrdən ustadlar iştirak edir.

“Bu festivalın məqsədi azərbaycanlı mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, ölkədə mənəvi maarifləndirmə səviyyəsini yüksəltmək və Azərbaycanın mənəvi təcrübələr üçün beynəlxalq platforma kimi imicini təbliğ etməkdir”, - o deyib.

Qeyd edək ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir.

Foto: Samirə Həsənova

Seçilən
0
report.az

1Mənbələr