Bakı. Trend:
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində təqsirləndirilən şəxs Davit İşxanyanın və qardaşıQriqori İşxanyanın 1991-ci il iyunun 27-28-də Xocavənd rayonununQaradağlı kəndində fermanın atəşə tutulmasında, mülki azərbaycanlıəhalinin qətlə yetirilməsinə iştirakını sübuta yetirən sənəd tədqiqolunub.
Trend xəbər verir ki,prosesdə Emil Balayanın 1991-ci il iyunun 28-də istintaqa verdiyiilkin izahat elan edilib. E.Balayan həmin izahatındaazərbaycanlıların yaşadıqları Qaradağlı kəndindəki fermaya hücumüçün necə hazırlaşdıqlarını, hücumda kimlərin iştirak etdiyiniaçıqlayıb, hücum edənlərin özü ilə yanaşı, Balayan Emil Vartanoviç,Avakyan Armin Rodikovic, Qabrilyan Monik Aramoviç, İşxanyan AraikYeqoroviç, Arapityan Armin Arzikovic,İşxaniyan Davit Rubenoviç,Koçaryan Davit Maksimoviç, Qriqoryan Andranik Karlenovic, İşxanyanQriqori Rubenoviç, Koçaryan Aras Maksimovic, Sevumyan VrenikKarlenoviç olduğunu bildirib və əlavə edib: “Bütün bunlara başçılıqeləyən Valodiya Xaçaturyan idi”.
D.İşxanyan isə dövlət ittihamçılarının suallarına cavab verərkənözünün və qardaşı Qriqori İşxanyanın Qaradağlı hadisələrindəiştirak etmədiyini iddia edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi mayın 5-də davam etdiriləcək.