Tramp könüllü ianələrin dayandırılmasını təklif edib.
ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün büdcə layihəsində BMT strukturlarına, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına (ÜST), UNESCO-nun büdcəsinə könüllü ianələrin dayandırılmasını təklif edib.
Operativ Media “RİA Novosti” istinadən xəbər verir ki, bu Ağ Evin büdcə layihəsi ilə bağlı bəyanatda öz əksini tapıb.
“Büdcə BMT, UNESCO və ÜST-nin müntəzəm büdcəsi də daxil olmaqla, BMT-yə və digər beynəlxalq təşkilatlara edilən könüllü ianələri dayandırır”, - bəyanatda deyilir.