AZ

Putin: “Zəngli saat qurmuram, özüm oyanıram” - VİDEO

Rusiya Prezidenti Vladimir Putin gündəlik rejimi barədə açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə Putin “Rusiya. Kreml. Putin. 25 il” sənədli filmi üçün rusiyalı jurnalist Pavel Zarubinə verdiyi müsahibədə danışıb.

“Özüm oyanıram. Yatmazdan əvvəl zəngli saat qurmuram. Bəzən uşaqlar (əməkdaşlar - red.) olduqca vacib bir məsələ olduqda zəng edirlər, oyanıram. Onlara əvvəlcədən zəng etmələrini mən xahiş etmişəm, amma bir qayda olaraq, özüm oyanıram”, - Rusiya lideri deyib.

Qeyd edək ki, mayın 4-də Rusiya prezidenti haqqında məhz bu fraqmenti özündə əks etdirən sənədli film nümayiş etdiriləcək.

Bizim.Media

Seçilən
0
18
bizim.media

10Mənbələr