AZ

Kazanda İslam dövlətlərindən olan komandaların iştirakı ilə beynəlxalq uşaq futbol turniri keçiriləcək

Moskva, 2 may, AZƏRTAC

Mayın 14-17-də Kazanda “Rubin” futbol klubunun Tatarıstan Respublikası İdman Nazirliyi ilə birgə təşkil etdiyi “Şərq kuboku” beynəlxalq uşaq futbol turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışlarda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən komandalar iştirak edəcək.

Azərbaycan, Oman, Pakistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Rusiya və Qırğızıstandan olan gənc idmançılar iştirak üçün müraciət ediblər.

Oyunlar 7-nin 7-yə formatında “Lebyajye” təbiəti mühafizə zonasında yerləşən “Gənc qvardiya” idman düşərgəsinin meydanlarında keçiriləcək. Oyunlara 10-11 yaşlı iştirakçılar qatılacaq.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
0
azertag.az

1Mənbələr