AZ

Keçmiş "Miss Türkiyə" ölümdən döndü

Dövrünün ən məşhur modellərindən biri, "Miss Türkiyə 2009"un ikincisi, "Kainat gözəli" yarışmasında Türkiyəni təmsil edən Senem Kuyucuoğlu keçirdiyi ev qəzası ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, sosial media hesabından verdiyi açıqlama ilə pərəstişkarlarını narahat edən Kuyucuoğlu evdə çıxan yanğında bədəninin yandığını açıqlayıb.

Gecə yatarkən elektrik qızdırıcısının alışması nəticəsində yanğın təhlükəsi ilə üzləşən Senem Kuyucuoğlu möcüzə nəticəsində sağ qalıb. 

Yanğında bədəninin müxtəlif yerlərindən yanıq xəsarətləri alan Kuyucuoğlunun xəstəxanada müalicəsinin davam etdiyi öyrənilib.

Günel Məlikzadə

Seçilən
0
news24.az

1Mənbələr