Tofiq Abbasov: "Narendra Modi baş nazir və hakim partiyanın lideri kimi bir neçə dəfə özü şəxsi təşəbbüsu ilə müsəlmanlara qarşı qəddər kampaniyalar düzənləyib"
Hindistan və Pakistan arasında bu günə qədər dörd əsas hərbi münaqişə baş verib. Bu qarşıdurmaların əksəriyyəti Kəşmir bölgəsi üzərindəki mübahisələrlə əlaqəlidir.
2025-ci ilin aprelində isə iki ölkə arasında münasibətlər yenidən pozulub. Hindistanın Cammu və Kəşmir bölgəsində 26 nəfərin ölümü ilə nəticələnən terror aktından yarım saat sonra Hindistan bu hücuma görə Pakistan mənşəli qrupları ittiham edib. Bununla əlaqədar Hindistan diplomatik və iqtisadi münasibətləri dondurub, Pakistana doğru axan çayları bağlayacağı ilə hədələyib.
Pakistan isə cavabinda Hindistan hökumətini terror aktını araşdırmağa çağırıb.
Hər iki tərəfin nüvə silahına malik olması vəziyyəti daha da təhlükəli edir. Beynəlxalq ictimaiyyət tərəfləri təmkinə və dialoqa çağırır.
Bu iki dövlət arasında baş verən hadisələrin müşahidəsi və təhlili göstərir ki, münasibətlərin gərginləşməsində daha çox Hindistan maraqlıdır. Məsələn, Hindistan hökuməti baş verən qanlı terror aktından dərhal sonra, heç bir araşdırma aparmadan terror aktının törədilməsində Pakistanı günahlandırdı, ona nota verdi və hədələdi.
Əslində bölgədə Hindistanın ziddiyyətdə olduğu ölkə yalnız Pakistan deyil. Ona görə də normalda bu məsələ araşdırılmalı, sonra qərar verilməli idi. Bəlkə Pakistanın heç bu terrordan xəbəri yoxdur - terroru üçüncü qüvvələr törədib. Hazırda Pakistanın Hindistanla gərginlik yaratmaqda heç bir marağı yoxdur. Lakin Hindistanın bir neçə il əvvəl - 2019-cu illərdə, seçkilər ərəfəsində Pakistanla gərginlik yaratmasını yada saldıqda bəzi məqamlara aydınlıq gəlir. Hazırda Hindistanın Baş naziri Narendra Modinin ölkədə reytinqi olduqca aşağıdır və getdikcə də düşür. 2027-ci ildə isə Hindistanda seçki keçriləcəyi gözlənilir. Bəllidir ki, Hindistanda seçki həssas məsələdir, orada saxtakarlığa heç bir imkan yoxdur. Seçkiyə isə il yarım vaxt qalıb. Görünür Modi müsəlmanların timsalında düşmən obrazı yaratmaqla buddis əhalinin gözündə öz nüfuzunu qaldırmaq istəyir ki, seçkidə qalib gələ bilsin. Bu baxımdan baş nazir Pakistanla münasibətləri gərginləşdirməkdə maraqlı ola bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, 2019-cu ildə də Pakistanla Hindistan arasında bu cür münaqişə baş vərmişdi. Həmin vaxt da Narendra Modi münaqişəni seçkini udmaq üçün süni şəkildə qızışdırmışdı.
Mənzərə bu cür görünür - Hindistanın heç bir araşdırma aparmadan Paşinyanı günahlandırmasından da hiss edilir ki, Dehli münaqişəni qızışdırmaqda maraqlıdir. Hindistanın bu münaqişədə daha hansı maraqları ola bilər?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Tofiq Abbasov bildirdi ki, PakistanlaHindistan arasında tarixi ziddiyət və torpaq mübahisəsi var: "Cammu və Kaşmir ştatı mübahisəlidir. Bu ştatın əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarətdir. Pakistan və Hindistan arasında bölgü gedəndə Cammu və Kaşmir ştatlarının əhalisinin əksəriyyəti müsəlman olduğuna görə həmin ştatlar Pakistana verilməli idi. Lakin bu ştatların hindu qubernatorları İngiltərəyə gedərək bildirib ku, guya bu ştatların əhalusi Hindistan tərəfdə qalmaq istəyir. Beləcə Cammu və Kaşmir ştatları Hindistanın yuridiksyasında qalaraq münaqişə bölgəsinə çevrildi.
Sonradan Hindistan parlamentində bir neçə dəfə qərəzli və bir birtərəfli qanunlar qəbul edilib ki, orada muxtariyyat qalmasın və onlar bu mübahisəni valyentarist bir tərzdə öz xeyirlərinə həll etsinlər.
Bu iki ölkə arasında bir neçə dəfə toqquşmalar olub, müharibə də ediblər. Hazırda orada hindu və buddist ekstremizmi güclənib. Narendra Modi baş nazir və hakim partiyanın lideri kimi bir neçə dəfə özü şəxsi təşəbbüsu ilə müsəlmanlara qarşı qəddər kampaniyalar düzənləyib. Həttə, dəfələrlə iri şəhərlərin mərkəzi meydanlarında hindu radikalları tonqallar qalayaraq müsəlmanları diri-diri yandırıblar.
Diqqət çəkən bir məqam da odur ki, onlar belə kampaniyaları bir neçə dəfə seçki ərəfəsində ediblər. Son parlament seçkilərində Narendra Modininpartiyası nüfuzi itirdi, özünün şəxsi reytinqi də çox aşağı idi. O, seçki öncəsi belə bir iyrənc kampaniyaya dəstək verməklə səs çoxluğunu əldə edə bildi və hökuməti qurmaq imkanı qazandı.
Bunlar çox təhlükəli siyasi gedişlərdir. Çünki millətçilik və dini radikalizm üzərində qurulan siyasət heç vaxt uzun müddətli davam edə bilmir.
Yenə Narendra Modi vəziyyətdən sui-istifadə edərək baş verən terror aktını da kortəbii şəkildə Pakistanın üstünə atır və dialoqdan geri çəkilir. Rəsmi Dehli dialoqun və araşdırmanın əleyhinədir. Bu da bilavasitə siyasi məqsədlərdən irəli gəlir.
Fikrimizcə, beynəlxalq hüquq müdafiəçiləri bu məsələyə müdaxilə edə bilərdi, ancaq indi BMT-nin də nüfuzu itib. Düzdür, hazırda Pakistan rəhbərliyi BMT rəhbərliyi ilə danışıqlar aparır, hadisə barədə onları məlumatlandırıb və öz mövqeini ortaya qoyub. BMT-nin məsələyə müdaxilə etmək, münaqişəni sakitləşdirmək imkanları qalır.
Bu həm də rəsmi Dehlinin məramından asılı olacaq. Hindistan rəhbərliyi isə hələ ki, heç bir yumşalmaya getmir, bu da təsadüfi deyil. Modiyə lazımdır ki, münaqişə qızışdırılsın və müharibə qaçılmaz olsun. Əgər bu baş verərsə bölgədə geniş miqyaslı faciələr yaşana bilər.
Bu bölgədə böyük dövlətlərin marağı var. Çinin bölgəyə yaxınlığı var, Britaniyanın və ABŞ-nin bölgədə maraqları var. Kifayət qədər mürəkkəb və hərarəti yüksək olan bölgədir. Ona görə də bu münaqişənin qarşısı nə qədər tez alınsa, bir o qədər yaxşı olar".
Dəniz NƏSİRLİ