Türkiyə Prezident Administrasiyası Ərdoğanın İtaliyadan viza rejiminin yumşaldılmasını istəməsindən sonra 5 min viza müraciətinin ləğv edilməsi ilə bağlı xəbərləri yalanlayıb.
KONKRET.az xəbərinə görə, Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında bildirilir ki, yayılan məlumatlar manipulyativ xarakter daşıyır.
İtaliyanın İstanbuldakı Baş Konsulluğu viza sistemində texniki nasazlıq olduğunu bildirib və bu səbəbdən bəzi müraciətlər ehtiyat tədbiri olaraq ləğv edilib.
Bəyanatda vurğulanır ki, bu hal prezidentin İtaliyaya səfəri ilə əlaqəli deyil və ictimaiyyət təsdiqlənməmiş məlumatlara inanmamağa çağırılır.
Aynurə İsmayıl
KONKRET.az