Bakı. Trend:
ABŞ rüsumlarının Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinəbirbaşa təsiri nisbi-məhdud olacaq.
Bunu Trend-insualına cavab olaraq Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq vəMərkəzi Asiya departamentinin direktor müavini Tanos ArvanitisBFV-nun Özbəkistan Mərkəzi Bankında keçirilən dəyirmi masaçərçivəsində bildirib.
“Məlum məsələdir ki, aprel ayından bəri müşahidə olunan ticarətgərginliyi əhəmiyyətli qeyri-müəyyənlik yaradıb. ABŞ rüsumlarınınCənubi Qafqaz ölkələrinə birbaşa təsiri məhdud olacaq, belə ki,onların ABŞ-yə ixrac həcmi nisbətən kiçikdir, enerji resursları –neft və qaza isə bu rüsumlar şamil olunmur. Beləcə, həminölkələrdən ABŞ-yə ixracat , neft və qazı çıxmaq şərtilə, son dərəcəazdır və 10 faizlik əsas rüsum regionun iqtisadiyyatına əhəmiyyətlidərəcədə təsir göstərməyəcək”, -deyə o qeyd edib.
Arvanitisin sözlərinə görə, ölkələr gərək üç əsas kanalla üzəçıxacaq birbaşa fəsadları da nəzərə almalıdırlar.
“Birincisi, ticarət gərginliyi qlobal iqtisadi artım templərinətəsir edəcək. Bu isə öz növbəsində, Cənubi Qafqaz və MərkəziAsiyanın əsas ticarət tərəfdaşları olan ölkələrdəki artıma təsirgöstərəcək. Həmin ölkələrin iqtisadiyyatındakı ləngimə regionölkələrinə də təsir edəcək. İkinci kanal maliyyə volatilliyi iləbağlıdır. Maliyyə bazarları hələ qeyri-sabit qalmaqdadır. Ölkələrindiqqət yetirməli olduğu risklərdən biri də borclanma xərclərininartmasıdır. İnkişaf etməkdə olan bazarlar, o cümlədən bu regionölkələri üçün borc spredləri artıb. Nəticə etibarı ilə , artanqeyri-müəyyənlik bu ölkələrə maliyyə bazarları vasitəsilə təsiredəcək”, – BVF nümayəndəsi vurğulayıb.
O əlavə edib ki, üçüncü təsir kanalı əmtəə qiymətlərinindəyişkənliyi olacaq.
“Biz artıq bu hadisələri müşahidə edirik. Bu ilin əvvəlindənneftin qiyməti təxminən 15 faiz azalıb. Bu azalma region ölkələrinəonların neft idxalçısı və ya ixracatçısı olmasından asılı olaraqfərqli təsir göstərəcək. Şübhəsiz ki, bu, neft idxal edən ölkələrüçün əlverişli olacaq, lakin neft ixrac edənlərə mənfi təsiredəcək. Digər tərəfdən, bəzi digər əmtəələrin, xüsusilə də tariximaksimumlara çatan qızılın qiyməti artır. Beləliklə, qızıl hasiledən ölkələr, o cümlədən Özbəkistan və regionun bir sıra digərdövlətləri bu metalın yüksək qiymətlərindən faydalanacaqlar. Bunagörə də yalnız rüsumların birbaşa təsirini deyil, həm də müxtəlifkanallar vasitəsilə dolayı təsirlərini nəzərə almaq vacibdir ki,region ölkələri üçün mümkün nəticələri hərtərəfli dəyərləndirməkmümkün olsun”,- deyə Arvanitis qeyd edib.
Bununla yanaşı, o, ticarət məsələləri üzrə danışıqların davametdiyini və ölkələrin qeyri-müəyyənliyin azaldılması və dahadayanıqlı, uzunmüddətli həll yollarının tapılması istiqamətindəmüzakirələrin aparıldığını diqqətə çatdırıb.