Fransa prezidenti Emmanuel Makron yeni Papanın seçilməsinə təsir etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti yazıb.
Jurnalistlərin bildirdiyinə görə, Makron kardinal Matteo Mariya Zuppini pontifik vəzifəsinə irəli sürən Sant'Egidio katolik hərəkatının nümayəndələri ilə bir neçə dəfə görüşüb.
Xatırladaq ki, Papa Fransisk aprelin 21- də vəfat edib. Onun 88 yaşı var idi. Aprelin 26-da Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydanda pontifikin xatirəsinə həsr olunmuş mərasim keçirilib. Katolik Kilsəsinin rəhbərinin vəsiyyətinə əsasən, o, Romadakı Santa Mariya Madjiore bazilikasında dəfn edilib.