AZ

16 min manatlıq Land Cruiser kimə qismət olacaq?

“Azərbaycan Sənaye Korporasiyası”na məxsus “Azərizolit” MMC-yə aid iki nəqliyyat vasitəsi 18 iyun tarixində hərraca çıxarılacaq.

Valyuta.az xəbər verir ki, satışa çıxarılan avtomobillər 2006-cı il istehsalıdır. 

"Toyota Land Cruiser" markalı minik avtomobili 16 min 725 manat, "Kia Sportage" markalı minik avtomobili isə 7 min 950 manat ilkin qiymətlə satışa çıxarılacaq.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus 2002-ci il buraxılışlı "UAZ 31519" minik - 900 manat, 1984-cü il buraxılışlı "Təkərli traktor MTZ 80" - 2 min 325 manat, 2007-ci il buraxılışlı "QAZ 3302-18" yük - 3 min 975 manatla satışa çıxarılacaq.

Qeyd edək ki, bu nəqliyyat vasitələri artıq 4-cü dəfə 25% endirimlə təkrar satışa çıxarılır.

Eyni zamanda Xarici İşlər Nazirliyinə məxsus iki ədəd 2012-ci il buraxılışlı "BMW 528I" markalı minik avtomobilləri 9 min 450 manat və 12 min 250 manat ilkin start qiymətilə satışa çıxarılır.

Bu nəqliyyat vasitələri isə 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Hərraca çıxarılan nəqliyyat vasitlərinin tam siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz:

Maya Hüseynova

Seçilən
0
valyuta.az

1Mənbələr