“Biz “Harvard”ın vergidən azad olunması haqda statusunu ləğv edəcəyik. Onlar buna layiqdirlər”
KONKRET.az xəbər verir ki, bu fikirləri Donal Tramp Truth Social platformasında paylaşaraq bildirib.
Tramp administrasiyası universitetin liberal ideoloji hərəkatları dəstəklədiyini və bu səbəbdən dövlətin köməyindən məhrum olduğunu bəyan edib.
ABŞ Təhsil Departamenti daha əvvəl Harvard Universitetinə ayrılmış 2,2 milyard dollarlıq hökumət maliyyəsinin dayandırıldığını açıqlayıb.
Harvard Universitetinin rəhbərliyi isə məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, heç bir siyasi partiyanın və ya hökumətin özəl universitetə diktə etmək icazəsi yoxdur.
Aynurə İsmayıl
KONKRET.az