AzVision.az xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa belə iddia səsləndirib.
“İndi “Pasxa” və ya “Parad” atəşkəsi təklif edəndə biz Kremlin yeni hibrid manipulyasiya taktikasının şahidi oluruq”,- Sibiqa deyib.
Onun sözlərinə görə, artıq bütün dünyada bunların sadəcə manipulyasiya olduğu Rusiyanın ABŞ-nin və digər tərəfdaşların sülh səylərini açıq şəkildə ələ saldığı başa düşülməkdədir.
- Moskvanı sülhə məcbur etmək üçün ona təzyiqi artırmaq lazımdır. Hərbi çəkindirmə və iqtisadi təzyiq bunu edə və təcavüzün genişlənməsinin qarşısını ala bilər”,- Ukrayna XİN-in rəhbəri vurğulayıb.
Həmçinin Moskvanın Ukraynanın NATO-ya üzvlüyünün qəti əleyhinə olması iddiasına toxunan Andrey Siqiba, istər daxili, istərsə də xarici siyasətdə, o cümlədən qoşulmaq istədiyi ittifaq və ittifaqların seçimi məsələsində Kiyevin öz suverenliyinə heç bir məhdudiyyət tələblərini qəbul etmədiyini bildirib.
Lakin bundan əvvəl NATO-nun baş katibi Mark Rütte alyansın atəşkəsdən sonra Ukraynada sülhməramlı missiyada iştirakı ehtimalının az olduğunu açıqlayıb. Çünki bu, gələcəkdə NATO-nun müdafiə qabiliyyətinə təsir göstərə bilər.
Bu kontekstdə KİV-lər Mark Rüttenin 2024-cü il üçün yeni hesabatında Ukraynanın NATO-ya üzvlüyü və onun Avro-Atlantik kursunun dönməzliyi ilə bağlı ifadələrin çıxarıldığına diqqət yetiriblər.
Halbuki, Şimali Atlantika Alyansının 11 iyul 2023-cü il Vilnüs Bəyannaməsində Ukraynanın gələcəyinin NATO-da olduğu və qurumun onu üzvlük yolunda dəstəkləməyə davam edəcəyi vurğulanır.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta