"Akkuyu" atom elektrik stansiyasının birinci reaktorunun tikintisi yaxın vaxtlarda başa çatacaq.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Digər reaktorların tikintisi başa çatdıqdan sonra biz "Akkuyu" AES-in 2028-ci ildə tam gücü ilə işləməsini gözləyirik. Bu, təbii qaz idxalını 7 milyard kubmetr azaldacaq ki, bu da 2,5 milyard dollar qənaət deməkdir”, - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, “Akkuyu”nun tikintisinə 2018-ci il aprelin 3-də başlanılıb. İstifadəyə verilməsi 2025-ci ilə planlaşdırılır. Ötən ilin oktyabrında Türkiyənin energetika naziri Alparslan Bayraktar AES-in birinci reaktorunun hazırlığının 90%-i keçdiyini bildirib.