AZ

BVF Orta Dəhlizin potensialını tam reallaşdırılması üçün gücləndirilmiş əlaqələndirməyə çağırır

Bakı. Trend:

Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə Avropanı birləşdirənStrateji ticarət marşrutu olan Orta dəhlizin inkişafı regionaəhəmiyyətli iqtisadi faydalar gətirə bilər.

Trend xəbər verirki, bu barədə Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və MərkəziAsiya departamentinin direktor müavini Tanos Arvanitis BFV-nunÖzbəkistan Mərkəzi Bankında keçirilən media raundunun gedişindəbildirib.

Onun sözlərinə görə, bu dəhlizin tam potensialından istifadəetmək üçün sıx əməkdaşlıq və davamlı sərmayələr vacibdir. Arvanitisregionda ticarətin genişlənməsi və iqtisadiyyatın şaxələndirilməsibaxımından dəhlizin əhəmiyyətini vurğulayıb.

"Aydın olan o dur ki, Orta Dəhlizin inkişafı və bu sahəyəyatırılan investisiyalar layihədə iştirak edən bütün ölkələr üçünmüsbət nəticələr verə bilər. Bu həm ticarəti stimullaşdıracaq, həmdə iqtisadi şaxələndirməni dəstəkləyəcək və məhz bu səbəbdənregional əməkdaşlığın davam etməsi və zəruri investisiyaların cəlbedilməsi olduqca vacibdir", – deyə o qeyd edib.

O bildirib ki, layihənin effektiv irəliləməsi üçün regionölkələri arasında sıx əlaqələndirmə və xarici maliyyələşmənin cəlbolunması tələb olunur.

"Layihənin uğurla həyata keçirilməsi üçün bütün iştirakçılararasında əlaqələndirilmiş fəaliyyət əsas şərt olacaq və bu,beynəlxalq maliyyə mənbələrinin fəal şəkildə cəlb olunmasını tələbedəcək", – deyə Arvanitis bildirib.

O, Orta Dəhlizi bütün region üçün uzunmüddətli üstünlüklər vədedən layihə kimi səciyyələndirib.

"Əminəm ki, bu layihə iştirakçı ölkələrə, onların qonşularına vəümumilikdə iqtisadi inkişaflarına mühüm töhfələr verəcək",- deyə ovurğulayıb.

Eyni zamanda, Arvanitis qeyd edib ki, təkcə infrastruktursərmayələri ilə kifayətlənmək olmaz: "Bu marşrutun üstünlüklərindəntam istifadə etmək üçün sadəcə inşaatla məhdudlaşmaq olmaz. Gömrükprosedurlarının razılaşdırılması və sərhəd keçidlərininsadələşdirilməsi vacibdir ki, dəhliz fəaliyyətə başladıqdan sonrayüklər maneəsiz şəkildə hərəkət edə bilsin".

Arvanitis həmçinin layihənin inkişafında digər beynəlxalqmaliyyə institutlarının iştirakını da qeyd edib:

"Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) dadaxil olmaqla bir sıra təşkilatlar dəhlizin müxtəlifkomponentlərinin maliyyələşdirilməsində artıq fəal iştirakedir".

BVF
Seçilən
0
az.trend.az

1Mənbələr